4 nəfər edam olundu

4-nefer-edam-olundu
Oxunma sayı: 2719

Edam yanvarın 19-da səhər saatlarında Zahidanın mərkəzi zindanının həyətində icra olunub. Dara çəkilənlərin adları da açıqlanıb. Bunlar Əli Kamali, Mahmud Şəhrəki və Davud Qəmbərzehidir.

Bundan əlavə, İranın İsfahan şəhərində də 1 nəfər edam olunub. Narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan Möhsün K. üzərində 530 qram krak maddəsi ilə tutulub və İsfahan İnqilab Məhkəməsinin beşinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Hökm İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra İsfahan mərkəzi həbsxanasının həyətində icra olunub.