4 nəfəri güllələdi, daha sonra intihar etdi

4-neferi-gulleledi-daha-sonra-intihar-etdi
Oxunma sayı: 1532

ABŞ-ın Kentukki ştatında silahlı insident baş verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Conson dairəsinin şerifi məlumat yayıb.

İnsident şənbə günü Peyntsvill şəhərində qeydə alınıb. Polisə atışma olması barədə məlumat daxil olub. Hadisə yerinə yollanan təhlükəsizlik xidməti əməkdaşları evin mətbəxində güllələnərək öldürülmüş 2 nəfərin cəsədini aşkarlayıb.

Şahidin sözlərinə görə, qatil qara rəngli “Toyota Camry” markalı avtomobilldə hadisə yerindən uzaqlaşıb.

Bir qədər sonra həmin maşın aşkarlanıb. Avtomobilin dayandığı evin qarşısında aparılan axtarış zamanı daha iki cəsəd tapılıb.

Polisin məlumatına görə, cinayətkar sonda intihar edib.