4 nəfərin ölümünə səbəb olan qəzanı törədənə hökm oxundu

4-neferin-olumune-sebeb-olan-qezani-toredene-hokm-oxundu
Oxunma sayı: 1725

Bakı Ağır Cinayətlər Məhkəməsində  4 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən  Elturan Fərəcova hökm oxunub. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə E. Fərəcov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

E. Fərəcovun vəkili çıxışında bildirib ki, bütün zərərçəkmişlərlə barışıq əldə olunduğu üçün müvəkkilinə 7 iı 6 aydan artıq cəza verilə bilməz. 

Hadisə 2017-ci ilin iyul ayının 13-də gecə saatlarında Ələt-Astara magistralında baş verib.

Rusiyaya gedən "Mercedes" markalı mikroavtobus "KamAZ" markalı qoşqulu yük maşınına çırpılıb.

Qəza nəticəsində "Mercedes" markalı maşının sərnişinlərindən 4 nəfəri dünyasını dəyişib.

Onlar 1993-cü il təvəllüdlü Əliyev Tuhid Mirzərəhim oğlu, 1982-ci il təvəllüdlü Qəhrəmanov Şahid Əbdülhesüyn oğlu, Rusiya vətəndaşı, 1947-ci il təvəllüdlü Xudaverdiyev Ramiz Ağahüseyn oğlu və 1951-ci il təvəllüdlü Abdullayev Azad İdməli oğludur.
 
Qəzada iki nəfər də yaralanıb. Ölənlərin hamısı Astara rayonunun Səncərədi kənd sakinləridir. Onlar Dağıstana işləməyə gedirmiş.
 
“KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb. 

Qəza zamanı yalnız "KamAZ"ın sürücüsü ilə mikroavtobusun sürücüsü Astara rayonun Səncərədi kənd sakini Fərəcov Elturan Qılman oğlu xəsarət almayıb. Elturan Fərəcov həmkəndlilərini pul müqabilində Xasavyurt şəhərinə çatdırmalı imiş. Qəzadan sonra Elturan Fərəcov həbs edilib. 

Murad Əhməd