4 otaqlı ev kül oldu

4-otaqli-ev-kul-oldu
Oxunma sayı: 652

Hacıqabulda yanğın qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Hacıqabul rayonu, Kolanı kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 23:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.