4 pillə gerilədik

4-pille-geriledik
Oxunma sayı: 642

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib. Hazırda 309 xala malik millimiz 107-ci pillədən 111-ci pilləyə enib.

Siyahıya 1611 xalla İspaniya millisi başçılıq edir. 1459 xala malik Almaniya ikinci pillədə qalıb. 1 pillə geriləyən Türkiyə yığması isə 689 xalla 36-cı mövqeyə enib.

Qeyd edək ki, növbəti reytinq siyahısı noyabrın 7-də dərc olunacaq.