4 sezondur ki, lider idi... - Yeni seriala uduzdu

4-sezondur-ki-lider-idi
Oxunma sayı: 4429

Dörd sezondur ki, reytinq siyahısında birinci olan “Diriliş Ertuğrul” serialı Türkiyənin ATV kanalında yeni yayımlanan “Sen anlat Karadeniz”ə məğlub olub. 

“Qafqazinfo” xəbər verir ki. TRT-nin tarixi layihəsi “Total” reytinq siyahısında ikinci yerdə qərarlaşıb.

Liderlik kürsüsündə isə 2-ci seriyası ilə tamaşaçı qarşısına çıxan “Sen anlat Karadeniz” öz yerini tutub. 

Bu məqamda bildirək ki, Ulaş Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğlunun rol aldığıyeni  layihə imkansız sevgidən bəhs edir.  Serialın rejissoru Osman Sınavdır.