4 uşaq anası dəm qazından boğularaq ölüb

4-usaq-anasi-dem-qazindan-bogularaq-olub
Oxunma sayı: 1197

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə hadisə şəhərin “Alüminumçular bağ massivi” adlanan ərazisində baş verib. 1984-cü il təvəllüdlü Əhmədov Zərifə Qulu qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Məlumata görə, 4 uşaq anası olan Z. Əhmədova yaxının toy şənliyinə hazırlaşırmış.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli