4 uşaq anasını tok vurdu

4-usaq-anasini-tok-vurdu
Oxunma sayı: 1059


Bədbəxt hadisə Şamaxının Çarhan kəndində qeydə alınıb. Hadisə üzum sahəsində işini başa vurub evlərinə qayıdırkən baş verib.

Məlumatlara görə, sığınacaq üçün yaxınlıqda bir yer tapan fəhlələrdən biri ətrafdakı açıq naqilləri görməyib. Kənd sakini üstünün yaş olduğu halda açıq naqillərin yanından keçərkən onu cərəyan vurub. Hadisə zamanı yaxınlıqda olan şəxslər xəsarət alan şəxsə müdaxilə etsələr də onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən şəxs 4 uşaq anası olub. Mərhum xanımın həyat yoldaşı Babayev Asimin məlumatına görə, hadisə ehtiyatsızlıq ucbatından baş verib. Hadisənin dəqiq səbəbi hələlik bəlli deyil.

Faktla əlaqədar Şamaxı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.