40-dan çox maşın toqquşdu - 10 yaralı

40-dan-cox-masin-toqqusdu
Oxunma sayı: 1291

Çexiyanın cənubunda zəncirvari qəza baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi-Moravsko vilayətinin polis nümayəndəsi Petr Zameçnik bildirib.

Məlumata əsasən, qəza Praqa-Bratislaa magistralının 99-cu km-də qeydə alınıb. Qəzaya yağan güclü qar və sürücülərin sürət həddinin aşması səbəb olub. Yolun hər iki istiqaməti üzrə hərəkət dayanıb. Onun sözlərinə görə 10 nəfər yüngül xəsarət alıb. Bir nəfərin isə vəziyyəti ağır olaraq qiymətləndirilir