40 ildən sonra “Romeo və Cülyetta”

40-ilden-sonra-romeo-ve-culyetta
Oxunma sayı: 652

Bu günlərdə teatrda eyniadlı tamaşaya ictimai baxış keçirilib. Teatrın Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iki hissəli məhəbbət faciəsinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam Tumanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının baş rəssamı Şota Qlurjidze, bəstəkarı Firudin Allahverdidir. Plastik həll və rəqslərin quruluşu Rusiyalı xoreoqraf, Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisaya məxsusdur. Tamaşada əsas rolları Günel Məmmədova (Cülyetta), Elnur Kərimov (Romeo), digər rolları isə əməkdar artistlər Naibə Allahverdiyeva, Nübar Novruzova, Seyidşah Məmmədov, Şövqi Hüseynov, Kəmalə Hüseynova, Leyli Vəliyeva, aktyorlar Nəsibə Eldarova, Rəşad Səfərov, Vüqar Məmmədəliyev, Nicat Kazımov, Vüsal Mehrəliyev, Qurban İsmayılov, Məhərrəm Musayev, Elxan Qurban, Elnur Hüseynov, Eyvaz İbrahimov və başqaları ifa edirlər.
Əsərdə iki düşmən nəslin konflikti iki dövrün qarşıdurması (müasir və keçmiş) konteksində yozulub.
Yeni tamaşanın premyerası noyabr ayının 24-ü və 25-nə nəzərdə tutulub.

Nigar Məmmədli