40 min dollarlıq tiryək tutuldu

40-min-dollarliq-tiryek-tutuldu
Oxunma sayı: 1699

Azərbaycana satmaq üçün 40000 ABŞ dolları dəyərində 18 kiloqramdan artıq narkotik vasitə olan tiryək gətirən şəxs saxlanılıb.

"Qafqazinfo"nun DİN-ə istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda  Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində X.Dəmirovla aparılan sorğu zamanı müəyyən edilib ki, o təxminən bir ay əvvəl “Odnoklassniki.ru” sosial şəbəkəsində özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs X.Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə Azərbaycan ərazisinə külli miqdarda tiryək göndərəcəyini və narkotik vasitəni götürərək satışının təşkil olunmasında ondan köməklik istəyib.

Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs X.Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Murad Əhməd