40 min qadın sürücülük vəsiqəsi aldı

40 min qadın sürücülük vəsiqəsi aldı
Oxunma sayı: 1289

Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə icazə verən qanunun 2018-ci ilin iyununda qüvvəyə minməsindən sonra sürücülük vəsiqəsi almaq üçün minlərlə qadın müraciət edib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, geridə qalan 7 ay ərzində bu ölkədə 40 min qadın sürücülük hüququ əldə edib.

Məlumata görə, bu rəqəmin artması üçün ölkənin müxtəlif bölgələrində 14 təlim mərkəzinin açılması planlaşdırılır.

Qeyd edək ki, S.Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman 2017-ci ilin sentyabrında bu qanunla yanaşı qadınların futbol stadionlarına və kinoteatrlara girişini nəzərdə tutan qanunu da imzalamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi