40 minə yaxın insan işıqsız qaldı - Video

40-mine-yaxin-insan-isiqsiz-qaldi
Oxunma sayı: 1265

ABŞ-ın Nyu-York şəhərində 40 minə yaxın insan elektrik enerjisiz qalıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Con Edison” energetika kompaniyası məlumat verib.

Hazırda aidiyyatı qurumlar mövcud problemin aradan qaldırılması ilə bağlı tədbirlər görməkdə davam edir. Nyu-York meri Bil De Blazionun sözlərinə görə, məsələ yaxın müddətdə tam həllini tapacaq.

Marin Parkda elektrik enerjisiz qalanlara köməklik göstərmək və onların yerləşdirilməsi üçün müvəqqəti məntəqə açılıb.