40 tonluq yük maşını sürücüsüz hərəkət etdi

40-tonluq-yuk-masini-surucusuz-hereket-etdi
Oxunma sayı: 637

Hadisə Almaniyanın Zinsxaym şəhəri yaxınığından keçən A6 avtomagistralında baş verib. Belə ki, yük maşının sürücüsü ürək tutması zamanı huşunu itirib. Polislər avtomagistralın 3 zolağından 2-sini bağlayaraq siqnallar vasitəsilə digər sürücüləri təhlükə barədə xəbərdarlıq ediblər.

Yük maşını 10 km məsafə qət etdikdən sonra maşının bort kompüterinin məcburi tormazlanmanı işə salması nəticəsində dayanıb. Polislər hadisə nəticəsində heç kimin xəsarət almamasını möcüzə kimi qiymətləndiriblər.

Hazırda yük maşının sürücüsü həkim nəzarətindədir.