400 İŞİD terrorçusu əsir götürüldü - Fotolar

400-isid-terrorcusu-esir-goturuldu
Oxunma sayı: 2984

Suriyalı döyüşçülər İŞİD terror təşkilatının 400 üzvünü əsir götürüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçuların İdlibə irəliləməsinin qarşısı alınıb.

Böyüt itkilər verən və 400 üzvü əsir düşən terrorçular geri çəkilməyə məcbur olub. Gərgin döyüşlər nəticəsində Um Halahil, Huveyin və Ard Zerzur kəndləri azad edilib.

Hazırda atışmalar davam edir.