400 manatlıq oğru tutuldu

400-manatliq-ogru-tutuldu
Oxunma sayı: 646

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Lalə Mehdiyevaya məxsus 400 manat pulu, qızıl əşyasını və təqaüd kartını oğurlamış şəhər sakinləri, əvvəllər məhkum olunan Zümrüd Adilova və Elbrus Cavadov tutulub.

“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, E. Cavadovdan 0,203 qram heroin götürülüb.