405 min dollar aldı, qumar oynadı

405 min dollar aldı, qumar oynadı
Oxunma sayı: 67

Bakıda qadına qarşı 405 min dollarlıq dələduzluq edilib. 

"Qafqazinfo" Report-a istinadən xəbər verir ki, aldadılaraq pulu alınan 1963-ci il təvəllüdlü Ş.S. hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. 

O bildirib ki, 1984-cü ildə anadan olmuş Tural Aslan oğlu Bayraməliyev şərikli biznes qurmaq adı ilə onu aldadıb və 405 min ABŞ dolları pulunu alıb. 

Qadın qeyd edib ki, onun pulunu alan və geri qaytarmayan T.Bayraməliyev əvvəllər Cinayət Məcəlləsinin xuliqanlıq və vergi ödəməkdən yayınma maddələr ilə məhkum olunub. 
Faktla bağlı araşdırma aparılır. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi