41 həkimdən 37-i uğurlu nəticə əldə edib

41-hekimden-37-i-ugurlu-netice-elde-edib
Oxunma sayı: 648

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyunun 22-i tarixində laboratoriya işi, anesteziologiya-reanimatologiya və ümumi cərrahiyə ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 41 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 37 (90%) nəfəri uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları əczaçılıq, neyrocərrahiyyə və terapiya ixtisasları üzrə iyunun 29-da keçiriləcək.

Nigar Məmmədli