41 illik ailə dağıldı - Məşhur aktyor boşanır

41-illik-aile-dagildi
Oxunma sayı: 3441

Sonuncu dəfə “Leyla ilə Məcnun”  serialında rol alan məşhur aktyor Kökcal Engür ilə 41 illik xanımı Jalə Engürdən ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, 71 yaşlı aktyorun həyat yoldaşı məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib. 

L. Engür qeyd edib ki, əriylə 3 ildir ki, münasibəti bitib:

“Üç ildir ki, ayrı yaşayırıq. Ortaq qərar verərək boşanırıq. Təzminat istəmirik. Ailə dəyərimiz pozulub, qəti qərar vermişik”. 

Qeyd edək ki, cütlük 1976-ci ildə ailə həyatı qurub. Onların 35 yaşında bir qız övladı var.