4:1-lərlə dörddə birə

41-lerle-dordde-bire
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, son oyun günündə iki qarşılaşma baş tutub. Madrid “Real”ı Moskvanın ÇSKA klubunu qəbul edib. İlk görüşdə qələbəni son dəqiqədə əldən verən “kral klubu” bu dəfə güzəştə getməyib. Mourinyonun yetirmələri rəqibi 4:1 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.
Londonun “Çelsi” klubu isə “Napoli” ilə çətin oyuna çıxıb. İlk görüşdə 3:1 hesablı məğlubiyyətə uğrayan “zadəganlar” cavab görüşündə bunun əvəzini çıxa bilib. Oyunun əsas vaxtında 3:1 hesabı ilə qalib gələn ingilislər əlavə vaxtda daha bir top vuraraq cütün taleyini müəyyənləşdirib.

Qeyd edək ki, 1/4 final mərhələsinin püşkatma mərasimi martın 16-da baş tutacaq.

"Real" (Madrid, İspaniya) - ÇSKA (Moskva, Rusiya) (ilk oyun - 1:1) - 4:1
Qollar: İquain, 26 (1:0), Ronaldo, 55 (2:0), 90+2 (4:1), Benzema, 70 (3:0), Toşiç, 77 (3:1)
"Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) (İlk oyun - 1:3) - 4:1
Qollar: Droqba, 29 (1:0), Terri, 47 (2:0), İnler, 55 (2:1), Lempard, 75-pen (3:1), İvanoviç, 105 (4:1)

Ceyhun Əhmədov