41 yaşlı kişinin meyiti tapıldı - Şübhəli şəxs tutuldu

41-yasli-kisinin-meyiti-tapildi
Oxunma sayı: 1881

Fevralın 2-də Astara rayonunun Kolatan kəndində əvvəllər məhkum olunmuş, 41 yaşlı Vüsal Hüseynovun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Baş Prokurorluq, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Məhəbbət Bağırov tutulub.

Saxlanılan zaman ondan narkotik vasitə olan tiryək də aşkar edilərək götürülüb.

Murad Əhməd