41 yaşlı kişinin üzərinə metal boru düşdü

41-yasli-kisinin-uzerine-metal-boru-dusdu
Oxunma sayı: 947

Şəmkirdə istehsalat qəzası nəticəsində bir nəfər ölüb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, Şəmkir Subartezian Quyuların İstismarı İdarəsinin əməkdaşları rayon ərazisində artezian quyusunu təmir edən zaman metal boru həmin qurumun işçisi Dəllər Zəyəm kənd sakini 1977-ci il təvəllüdlü Çingiz Məmmədovun üzərinə düşüb.

Ağır bədən xəsarəti alan Ç. Məmmədova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli