425 milyonluq nikah müqaviləsi- - Boşanandan sonra belə bölünəcək

425-milyonluq-nikah-muqavilesi-
Oxunma sayı: 1149


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, nikah şəkillərini “Hello” və “People” jurnalına 2 milyon satan cütlüyün imzaladığı evlilik müqaviləsində sahib olduqları  milyon dollarla yanaşı 6 uşaqları da yer alıb. Müqaviləyə əsasən, Pitt aktrisaya xəyanət edərsə, uşaqlar Colidə qalacaq.  Hər iki tərəfin də evlilikdən əvvəl sahib olduğu mal varlığı özlərinin olacaq. Evlilik zamanı qazanılan pulun bir qismi isə uşaqları Maddox (13), Pax (11), Zahara (9), Vivienne (6), Shiloh (8) və Knox (6) arasında  bölüşdürüləcək. Digər qismi kömək məqsədi ilə yardım təşkilatlarına veriləcək. Müqaviləyə görə, Pittin 240, Colinin isə 185 milyon dollar mal varlığı var.