430 avtobus hazırdır...

430-avtobus-hazirdir
Oxunma sayı: 666

IV İslam Həmrəyliyi Oyunlarının Bağlanış mərasimində biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna eləcə də mərasim bitdikdən sonra müəyyən olunmuş istiqamətlərə (metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaqlara) daşınmasına cəlb edilən 430 ədəd avtobus artıq İctimai Nəqliyyat Terminalına toplanıb. 

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sürücülərin tibbi müayinəsi və digər zəruri prosedurlar yekunlaşdıqdan sonra daşınma prosesinə start veriləcək.

Məlumat üçün bildirək ki, tamaşaçıların daşınması saat 17:00-dən 20.00-dək davam edəcək. Bakı Nəqliyyat Agentliyi ekspres xətt avtobuslarından istifadə edəcək biletli tamaşaçılardan vaxtında metronun "Qara Qarayev", "Gənclik" və "20 Yanvar" stansiyaları yaxınlığındakı dayanacaq məntəqələrinə gəlmələrini xahiş edir.