44 bitkoinə vətəndaşlıq verilir - Dünyada ilk

44 bitkoinə vətəndaşlıq verilir
Oxunma sayı: 1697

Bir çox ölkə daşınmaz əmlak alan və ölkə iqtisadiyyatına investisiya yatıranlara vətəndaşlıq verir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, artıq kriptovalyuta ilə də vətəndaşlıq verilməsinə başlanılıb.

Belə ki, Sakit Okeanın cənubunda yerləşən Vanuatu, 44 bitkoin qarşılığında vətəndaşlıq verəcəyini açıqlayıb. Bu ölkə normalda 200 min dollar investisiya qarşılığında vətəndaşlıq verir. Hazırda isə kriptovalyuta bazarında 44 bitkoin 200 min dollara bərabərdir.

Qeyd edək ki, Vanuatu vətəndaşları 113 ölkəyə vizasız səyahət edə bilirlər. Bundan başqa, ikili vətəndaşlığı olan şəxslərdən vergi alınmır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi