44 yaşlı qadını xalası oğlu bıçaqladı

44-yasli-qadini-xalasi-oglu-bicaqladi
Oxunma sayı: 1772

Gəncədə bıçaqlanma olub.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, şəhər sakini 1974-cü il təvəllüdlü Sevinc Xəlilova bədənin müxtəlif nahiyələrinin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb.

Məlumata görə, S. Xəlilova xalası oğlu tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.