46 il sonra Aya kosmonavt göndərilir

46-il-sonra-aya-kosmonavt-gonderilir
Oxunma sayı: 3009

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 1972-ci ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək istəyir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, NASA missiyanı 2019-cu ildə həyata keçirmək üçün hazırlıqlar görür.

Missiyanın əsas məqsədi ABŞ-ın gələcək kosmik kəşfləri üçün lazımi elmi və texnoloji aparatları quraşdırmaqdır.

Məlumat üçün bildirək ki, Donald Tramp ötən il Aya insan göndərilməsi barədə tapşırıq vermişdi.

“SpaceX”un qurucusu İlon Mask da bir müddətdir “Ay turizmi”nə başlamaq istiqamətində çalışmalar həyata keçirir.

Qeyd edək ki, 1972-ci ildə “Apollon 17” kosmik gəmisindən sonra Aya yalnız insansız kosmik gəmilər göndərilib.