“4,6 milyard dollar büdcədən yayındırılıb” - - İqtisadçı

46-milyard-dollar-budceden-yayindirilib-
Oxunma sayı: 1524


“Media forum” saytının verdiyi xəbərə görə, ekspert bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.

Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.

Qubad İbadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib.

Ekspert deyib ki, son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.

İdxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin sözlərinə görə, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur.

Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya - 33.1, Belarus - 104.6, Çin - 69.3, Macarıstan - 105.9, Rusiya - 106.4, Türkiyə - 94.8, Gürcüstan - 382.4, Ukrayna - 42.2, Böyük Britaniya - 62.5, Qazaxıstan - 2.5, İtaliya - 96.2, Cənubi Koreya - 16.2, İsrail - 126.3 faiz.