46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü

46-yasli-kisi-kesdiyi-agacin-altinda-qalib-oldu
Oxunma sayı: 1352

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
O, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.