46 yaşlı model evində ölü tapıldı - Fotolar

46-yasli-model-evinde-olu-tapildi
Oxunma sayı: 6339

Avstraliyanın paytaxtı Sidneydə 46 yaşlı model, aktrisa və dizayner Annaliz Braankenzikin cəsədi tapılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, modelin meyiti yaşadığı mənzildə aşkarlanıb. İlkin ehtimala görə Annaliz intihar edib. Ancaq cinayət faktı da istisna edilmir. Polis hazırda istintaq aparır.

Qeyd edək ki, model ötən il 16 illik həyat yoldaşından boşandıqdan sonra depressiyaya düşmüşdü. O, həmin vaxtdan dərin stress keçirmiş və yaxınlarının sözlərinə görə, psixi problemləri yaranmışdı.