47 yaşlı Cennifer yenə hər kəsi heyran etdi - Fotolar

47-yasli-cennifer-yene-her-kesi-heyran-etdi
Oxunma sayı: 6433

Müğənni Cennifer Lopez Los-Anceles küçələrində paparassilərin hədəfində olub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, ifaçı ağ, zolaqlı geyimi ilə sosial şəbəkə istifadəçilərinin heyranlığına səbəb olub.

Sevgilisi Aleks Rodriqeslə görüşə çıxan Ceylo top-kofta, uzun enli şalvar və ağ jaket seçimi edib. İdeal bədən quruluşunu nümayiş etdirən 47 yaşlı Lopez obrazını "Chanel"dən çanta və krem rəngli ayaqqabı ilə tamamlayıb. 

Aleks də Cenniferdən geri qalmayaraq açıq rəngli geyimlərə üstünlük verib.