48 il günahsız həbs yatan rəssama 1,5 milyon təzminat veriləcək

48-il-gunahsiz-hebs-yatan-ressama-15-milyon-tezminat-verilecek
Oxunma sayı: 1766

Amerika hökuməti 48 il günahsız yerə həbs yatan Riçard Fillipsə 1,5 milyon dollar təzminat ödəyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, adam öldürməkdə günahkar bilinən Fillipsə 1971-ci ildə ömürlük həbs cəzası verilib. Ancaq məlum olub ki, o, günahsızdır və şahid Riçardın əleyhinə yalan ifadə verib.

Qeyd edək ki, Fillips uzun müddətdir rəssamlıqla məşğuldur. Onun əsərlərinin qiyməti min dollarlarla ölçülür.