4,8 milyard manat daxil olub

48-milyard-manat-daxil-olub
Oxunma sayı: 660

Nazirliyin Analitik informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 430,9 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 23 faiz çoxdur. Vergi daxilolmalarının 44,8 faizi mənfəət vergisinin, 22,8 faizi əlavə dəyər vergisinin, 11,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 13,1 faizi isə digər vergilərin payına düşür.
Bu dövrdə respublika üzrə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin ümumi sayı 58.952 olub.
2011-ci ilin 1 iyul tarixindən 31 oktyabr tarixinədək elektron qaydada qeydiyyatdan keçmiş fiziki şəxslərin sayı isə 6.622 nəfərdir.
1 noyabr 2011-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 413.513 təşkil etmişdir.
2011-ci ilin 10 ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 88,4 faiz təşkil edir.

Nigar Məmmədli