48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb

48-yasli-qadinin-eli-emal-avadanliginin-arasinda-qalib
Oxunma sayı: 1159

Ağdam Pambıq emalı müəssisəsində 48 yaşlı qadının əli emal avadanlığının arasında qalıb.

 “Qafqazinfo” xəbər verir ki, Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, hadisə bu gün saat 17.30 radələrində baş verib.

Ağdam rayon Xındırıstan kənd sakini 1970-cı il təvəllüdlü Həsənova Svetlana Qara qızı işlədiyi Ağdam Pambıq emalı müəssisəsində əl barmaqlarının emal avadanlığının arasında qalması nəticəsində kəsilmiş deşilmiş yara diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Həkimlərin vaxtında müdaxiləsinə baxmayaraq zərəçəkənin 4 əl barmağı amputasiya olunub.