49 ölkənin idmançıları Bakıya gələcək

49-olkenin-idmancilari-bakiya-gelecek
Oxunma sayı: 678

İsrail Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin olimpiya oyunları komissiyasının rəhbəri Efraim Zinger Azərbaycanda səfərdədi. “Qafqazinfo” Olimpiya.az saytına istinadən xəbər verir ki, bu münasibətlə aprel ayının 4-də İsrail Dövlətinin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirilib.

İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib, Azərbaycanda idmana göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulayıb.

Efraim Zinger vurğulayıb ki, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkə iştirak edəcək. Yarış 14 gün davam edəcək.