49 yaşlı kişini “tok” vurub öldürdü

49-yasli-kisini-tok-vurub-oldurdu
Oxunma sayı: 1245

Göygöl elektrik şəbəkəsinin işçisini cərəyan vuraraq öldürüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun yaxınlığında baş verib.
 
Şəbəkənin elektriki, Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Abbasov Fariz Telman oğlu ərazidə iş görən zaman cərəyan onu vurub. O dərhal xəstəxanaya çatdırılsa da öldüyü məlum olub.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.