49 yaşlı qadın məktub yazıb intihar etdi

49 yaşlı qadın məktub yazıb intihar etdi
Oxunma sayı: 1815

Bakıda intihar hadisəsi baş verib. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Binə qəsəbə sakini, 1968-ci il təvəllüdlü İsmayılova Lətafət Şəmdin qızı yaşadığı evdə kəsici alətlə bilək nahiyəsini kəsib. Çoxlu qan itirən qadın hadisə yerində ölüb.
 
Bildirilir ki, hadisə vaxtı Lətafət İsmayılova evdə tək olub. Onun həyatına son qoymasından ilk olaraq qonşular xəbər tutublar.

İlkin araşdırma zamanı 49 yaşlı qadının məktubu tapılıb. O, intiharında kimsənin günahkar olmadığını, yaşamaq istəmədiyini qeyd edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi