49 yaşlı xalq artisti ərə gedir

49-yasli-xalq-artisti-ere-gedir
Oxunma sayı: 1318

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur otellərinin birində toyu olacaq.

Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, xalq, əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunub.

Məlumatı dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxlanılıb. O, toy xəbərini təkzib etməyib. 
 
Qeyd edək ki, bu A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.