5 futbolçu “Neftçi”yə lazım olmadı

5-futbolcu-neftciye-lazim-olmadi
Oxunma sayı: 1435

“Neftçi” klubu Rəşad Sadiqov, İqnasio Errera, Derlis Meza Kolli və Elnur Cəfərovla müqaviləni yeniləməyib.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, İlkin Qırtımovla müqaviləyə isə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qırtımov karyerasını “Zirə”də davam etdirəcək.

Qeyd edək ki, ötən mövsüm İqnasio Errera 33 (8 qol), Derlis Meza Kolli 30 (1 qol), Rəşad Sadiqov 24 (1 qol), Elnur Cəfərov 9, İlkin Qırtımov isə 8 oyunda meydana çıxıb.