5 gün ac və susuz qalan 72 yaşlı kişi tapıldı - Fotolar

5 gün ac və susuz qalan 72 yaşlı kişi tapıldı
Oxunma sayı: 1147

Xilasedicilər Rusiyanın Komi Respublikasında meşədə itən təqaüdçünü tapmağa müvəffəq olub.

“Qafqazinfo”nun “Kominform”a istinadən məlumatına görə, göbələk yığmağa gedən Sölıba kənd sakini yolda azıb. Onun axtarışları yerli sakinlər, eləcə də “SPAS Komi” qəza-xilasetmə dəstəsi tərəfindən 5 gündən çox aparılıb. Tapılan təqaüdçü dərhal xəstəxanaya yerləşdirilib.

“Babanı tapdıq, vəziyyəti yaxşıdır. Onu kəndə çatdırdıq. Deyib ki, yolu azıb gedib meşənin dərinliyinə çıxıb”, - xilasedicilərdən biri yerli “Kominform” nəşrinə danışıb.

“İnterfaks” bildirir ki, yaşlı kişinin özü ilə nə yeməyi, nə də suyu olub. O, gölməçələrdən su içibmiş.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi