5 gün əvvəl batan şəxslərin axtarışı davam edir

5-gun-evvel-batan-sexslerin-axtarisi-davam-edir
Oxunma sayı: 1662

Avqustun 29-da Mingəçevir su anbarında (nəzarətsiz ərazi) batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Hüseynov Kamil Faiq oğlunun və Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları davam edir. 

"Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki,  K.Hüseynovun axtarışlarına nazirliyin kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran və Muğan dalğıc-axtarış qrupları, E.Quliyevin axtarışlarına Aran dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.