5 ildə 105 medal

5-ilde-105-medal-
Oxunma sayı: 642

Güləş Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 21-23 sentyabr tarixlərində keçirilən yubiley xarakterli yarışda güləş yığmalarımız 22 medal – 5 qızıl, 6 gümüş və 11 bürünc qazanıb. Turnirin ilk günündə sərbəst güləşçilər mübarizəyə başlayıb. Sərbəst güləşçilərimizin qazandığı 9 medaldan yalnızbiri qızıl əyarlıdır.

Turnirin ikinci günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Turnirin son günündə isə Yunan-Roma güləşçilərinin çıxışı olub.

Güləşçilərimiz son gündə ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Xatırladaq ki, bu il baş tutan “Qızıl Qran Pri” beynəlxalq turniri sayca beşincidir. Bu müddət ərzində qazanılan medalların sayı 105-ə çatıb. Bunlardan 33-ü qızıl, 26-sı gümüş, 46-sı isə bürüncdür.