5 kq narkotika tutuldu

5-kq-narkotika-tutuldu
Oxunma sayı: 892

Milli.Az xəbər portalının "Cənub" TV kanalına istinadən verdiyi məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları 2011-ci ilin 9 ayında 5 kiloqram 235.594 qram narkotik vasitəni dövriyyədən çıxarıblar.

Bu barədə "Cənub" TV-yə polis idarəsindən məlumat verilib.

Bildirilib ki, 54 fakt üzrə ələ keçirilən narkotik vasitələr məhv etmə yolu ilə zərərsizləşdirilib. Hesabat dövründə rayon ərazisində aşkarlanan 54 cinayət faktı ilə bağlı 40 nəfər tutulub. Şöbədən onu da bildirdilər ki, 2010-cu ilin 9 ayı ilə müqayisədə bu il 6 fakt azalma müşahidə olunub. Amma narkotik vasitələrin miqdarında artım var. Belə ki, ötən ilin müvafiq dövründə 60 fakt üzrə cəmi 3 kiloqram 248.809 qram narkotik vasitə tutulmuşdu.

Adı çəkilən cinayət faktları ilə bağlı nə keçən il, nə də bu ilin 9 ayı ərzində qadın və yetkinlik yaşına çatmayanlar məsuliyyətə cəlb olunmayıblar. Kecən il isə 2 nəfər xarici vətəndaş narkotik vasitələrin satışına görə məsuliyyətə cəlb olunub.