5 milyardlıq demokratiya...

5-milyardliq-demokratiya
Oxunma sayı: 1373

Nadir Qocabəyli

Çağdaş kommunikasiya vasitələri, xüsuilə də İnternet dünyamızı xeyli balacalaşdırıb. Onun sayəsində uzaq Avstraliyada baş verən əhəmiyyətsiz bir hadisədən belə anındaca xəbər tuta bilirik. Ancaq bəzən əhəmiyyətli hesab edə biləcəyimiz xəbərlərə rast gəlsək də, onların həqiqətə nə dərəcədə uyğun olub-olmamasını müəyyən etmək çətinliyimiz olur. İnformasiyanin doğruluq dərəcəsini təyin etmək üçün ən azı gərək işini-gücünü buraxıb, müxtəlif mənbələri araşdırasan.

Bu aralar Rusiyada mühakimə olunan Nadejda Savçenko adlı ukraynalı xanım təyyarəçi ilə bağlı xeyli ziddiyyətli xəbər yayıldı. Ruslar onu iki jurnalistin ölümündə və sərhədi qanunsuz keçməkdə ittiham etsə də, Ukrayna hakimiyyəti, Avropa Parlamentinin bəzi üzvləri, hətta ABŞ Dövlət Departamenti günahsız olduğunu bildirir və dərhal azadlığa buraxılmasını tələb edirlər.

Bəs biz – hadisələri xeyli uzaqdan izləyənlər, onu araşdırmaq imkanı olmayanlar kimə inanmalıyıq? Rusiyapərəst, yoxsa Amerikapərst KİV-lərin yazdıqlarına? Təkcə Nadejda söhbəti olsaydı, dərd yarıydı.
Odur ki, bizə uzaqdan-yaxından dəxli olan hadisələri istər-istəməz müxtəlif mənbələrdən öyrənib araşdırmalı, ağlımızın süzgəcindən geçirməli, ölkəmizin bugünkü durumu və gələcəyi baxımından düzgün qiymətləndirməyi öyrənməliyik.

Bəlkə də, çoxumuza qəribə görünəcək, amma bu günlərdə ABŞ-ın eks-maliyyə naziri Pol Henri O’Nil adlı şəxs sensasiyalı bir bəyanat verib. O bütün ukraynalılara açıq məktubla müraciət edərək onlara dəhşətli bir həqiqətin üstünü açıb. Yaxın keçmişdə və bu gün Ukraynada baş verənlər bizim üçün də önəmli olduğundan, amerikali siyasətçinin fikirlərinin bəzi məqamlarını bilməkdə, eyni zamanda, dəyərləndirməkdə, məncə, böyük fayda var. Bu fikirlər Savçenko olayında da müəyyən qənatə gəlməyə imkan verə bilər.

Məsələ burasındadır ki, O’Nil əslində ABŞ-ın Maydan adıyla Ukraynaya təcavüz etdiyini bəyan edib. O, 2014-cü ildə baş verənəri analiz edərək və sadə ukraynalıların Avromaydan adlandırdıqları “demokratik dəyişikliklər” haqqındakı mifi ifşa edərək sərt açıqlamalar verib. O, “dövlət çevrilişi ilə nəticələnən” qarışıqlıqların tam şəkildə Vaşibqtonun ssenarisi ilə həyata keçirildiyini söyləyib. “Dövlət Departamenti ipləri çəkib, qəzəblənmiş ukraynalılar da marionetlərin hərəkətlərini təkrarlayıblar. Kiyev amerikanlar tərəfindən faktiki olaraq döyüşsüz və heç bir qurban verilmədən alınıb”.

Amerikalı keçmiş nazir yazır: “Sizin Maydanınız heç vaxt olmayıb, əziz ukraynalılar! Maydan adı altında Ukraynaya ABŞ-ın təcavüzü baş verib. Ukraynada “demokratik dövlətin” qurulması üçün heç vaxt narıncı inqilab olmayıb, bu sadəcə saxta bir fiksiya olub. Sizin Maydan aldandırdığınız şey qeyri-hökümət təşkilatları, kəşfiyyat orqanları, ABŞ muzdluları və AŞ nümayəndələri tərəfindən həyata keçirilən aşkar Amerika müdaxiləsi, eyni zamanda, ABŞ-ın Ukraynada demokratiyanın inkişafına sərf etdiyi məşhur rəqəmin nəticəsidir. Razılaşın, bu sözlər hər bir ukraynalı, xüsusilə də, Avromaydan ideyalarına sadəlövhcəsinə inananlar və ölkəsinin xoşbəxt gələcəyinə ümid bəsləyənlər üçün acı həqiqətdir.

Vaşinqtonun strategiyasının hiyləgərliyi ondan ibarət idi ki, amerikanlar mövcud hakimiyyəti devirməyi əsas götürməmişdilər, çünki bundan açıq-aşkar çevriliş qoxusu gələcəkdi. Onlar guya “avrointeqrasiya” kursu götürmüşdülər və ilk çıxışların əsasında da bu motiv dayanırdı. O’Nilin fikrincə, bu ukraynalıların “danayların hədiyyəsi” haqqında böyük həqiqəti unudaraq, öz torpaqlarını dartıb gətirdikləri “troya atı” idi.

Bu bir ssenari idi, onun köməyi ilə sizə rəhbərlik edir, fəaliyyətinizi yönəldirdilər. Sizin ölkəniz hər zaman Avropa ilə Rusiya arasında marginal torpaqlar sayılıb və adı da buradandır! (Ukrayna – Okraina, yəni ətraf). Birləşmiş Ştatlar Rusiyanın ətrafından təxribat vasitəsi kimi ilk dəfə istifadə etmir və siz ukraynalılar növbəti hədəfə çatmaq üçün onların əlində vasitəsiniz. Siz sadəcə böyük geopolitik dəyişikliklər üçün katalizator qismində seçilmisiniz. Baş verənlərin siz ukraynalılara heç bir aidiyyatı yoxdur. Siz sadəcə Birləşmiş Ştatlar və onun avropalı vassalları tərəfindən cinayətkarcasına istifadə olunmuş qurbanlarsınız”.

Amerikalı siyasətçi Ukrayna vətəndaşlarının can atdıqlrı və artıq uzun illər qapıları onların üzünə bağlı olacaq Avropa İttifaqının ünvanına da ifşaedici epitetlər səsləndirməkdə xəsislik etmir. O yazır: “Avropa İttifaqı demokratik deyil. O heç hüquqi də deyil! Onun heç bir səlahiyyəti yoxdur, bürokratikdır. Avropa İttifaqı alman maliyyəçilərinin şəxsində Qərb oliqarxları nümayəndəliyidir, ABŞ-ın bütün Avropa iqtisadiyyatını nəzarətdə saxlaması üçün yaradılıb. Avropa İttifaqı əslində sadəcə vətəndaşlığı, dövlət quruluşu, dövlət siyasəti, hökuməti, real parlamenti, konstitusiyası olmayan şəxslərin institusional birlikdir.

Əslində Aİ-də hər şey çox pisdir, bütün iqtisadi göstəricilər mənfidir. Yaxın gələcəkdə heç bir perspektivi yoxdur. Aİ ölkələrinin xarici borcu son dərəcə böyükdür. Ona görə də, sizin Avropaya inteqrasiya ilə bağlı fanatik xəyallarınız ABŞ və Aİ-nin çoxsaylı yalanlarla bəzəyərək beyninizə yeritdiyi böyük axmaqlıq, tələsik ideyadır.

Ukrayna ilə bağlı planlarını Birləşmiş Ştatlar o qədər də gizlətmir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini elə həmin Viktoriya Nuland Vaşinqtonun Ukraynadakı rejimi dəyişmək üçün 5 milyard dollar sərf etdiyini etiraf edib. Nəticədə isə Ukrayna faktiki olaraq xaosa yuvarlanıb və ondan heç cür qurtula bilmir.

Hazırda Ukrayna “Avropa xəyalını” gerçəkləşdirmək üçün növbəyə dayananlar içərisində ən sonuncudur. Ölkə vətəndaş müharibəsi girdabına düşüb, iqtisadiyyat dağılıb, hakimiyyətdə amerika marionetləridir. Resurslar ya oğurlanır, ya da tam olaraq ABŞ-ın nəzarətinə keçir. Ölkə eyni zamanda əksər çoxəsrlik qonşuları, ən başlıcası da Rusiya ilə münasibətlərini pozub. ABŞ dövlət departamentinin əsas məqsədlərindən biri də zatən bu idi. Maydanın səhvləri Ukraynaya çox baha başa gəldi və buna görə təkcə indiki ukraynalılar deyil, gələcək nəsillər də əziyyət çəkməli olacaqlar”.