5 milyondan çox bildiriş çap olunacaq

5 milyondan çox bildiriş çap olunacaq
Oxunma sayı: 597

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı təsdiq edilib.

"Qafqazinfo" xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq.

Daha sonra iclasda prezidentliyə namizədliyi təsdiq edilmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb.

Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi