5 milyondan çox bülleten dərc olunacaq

5 milyondan çox bülleten dərc olunacaq
Oxunma sayı: 491

Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkiləri ilə bağlı 5 milyon 347 min 803 seçici bülleteni dərc olunacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında  seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydaları haqqında məlumat verilərkən bildirilib.

Qeyd olunub ki, bülletenlər səsvermə gününə 35 gün qalmış dərc edilməlidir.

İclasda həmçinin Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının seçkilərdə məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi