5 min illik şəhərin muzeyi açıldı - Fotolar

5-min-illik-seherin-muzeyi-acildi
Oxunma sayı: 1901

Türkiyənin Çanaqqala şəhərində 5 min illik Troya antik şəhərinin muzeyi açılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, tikintisinə 2014-cü ildə başlanılan Troya muzeyinin tikintisi bu il başa çatıb.

Çanaqqalanın Tevfikiye kəndi ərazisində yerləşən, hər il 500 mindən artıq adamın gələcəyi proqnozlaşdırılan muzeydə tarixi eksponatlar nümayiş etdirilir.

Məlumata görə, 3 min kvadratmetrlik sərgi salonu və 12 min 750 kvadratmetr qapalı sahədən ibarət muzeyin ərsəyə gətirilməsinə 75 milyon lirə (təxminən 21 milyon manat) sərf edilib.

Muzeyi ziyarət etmək qarşıdakı 10 gün ərzində pulsuz olacaq.