5 otaqlı ev yanıb

5-otaqli-ev-yanib
Oxunma sayı: 789

Qubada yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonunun Alpan kəndində ikimərtəbəli 5 otaqlı və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 1 otağın, aynabəndinin yanar konstruksiyaları 33 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.