5 rayonda qaz olmayacaq

5-rayonda-qaz-olmayacaq-
Oxunma sayı: 1360



 “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo” ya daxil olan məlumata görə, “Qazıməmməd-Qazax” 1-ci xətt magistral qaz kəmərinin 141,3, 146 və 155-ci kilometrlərində aparılan təmir işləri, eləcə də 164-cü kilometrdə “Qəbələ qaz kəməri qolu”nun xətti kranının dəyişdirilməsi, eyni zamanda “Ağsu-1 şəhər” və “Pirhəsənli” orta təzyiqli qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağsu və Ağdaş rayonlarının bir hissəsinə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi və qaz xəttinin köçürülməsi ilə əlaqədar isə saat 10:00-dan Xəzər rayonunun bir hissəsinətəbii qazın verilişində fasilələr yaranacaq.