5 tondan çox narkotik məhv edildi

5-tondan-cox-narkotik-mehv-edildi
Oxunma sayı: 649

Şəkidə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çapağan kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, ümumi çəkisi 5 tondan artıq olan 18350 ədəd narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.